Qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
7 Oktyabr , 2016 16:36
Qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Şahverdiyev 6 ay, A.Rzaxanovla T.Abdullayev isə 4 ay müddətinə azadlıqdan məhrum edilib. T.Abdullayev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, S.Şahverdiyev, A.Rzaxanov və T.Abdullayev Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 200.2.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 200.2.3-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, T.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zamindədir.

Son xəbərlər

Orphus sistemi