Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər saxlanılıb

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər saxlanılıb Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd­bir­ləri davam etdirir.
Hadisə
13 Noyabr , 2021 15:16
Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd­bir­ləri davam etdirir.

"Report" xəbər verir ki, Baş Prokurorluq və DSX-nin birgə yaydığı məlumata görə, son günlər ərzində Sahil Mühafizənin sahil nəzarəti böl­mələri Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitə­lərinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nə­rə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edib.

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlar­dan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri ol­ma­ları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olun­­maları üçün Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindənmüvafiq tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi