"Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsin məhkəməsi başlayıb

"Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsin məhkəməsi başlayıb Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
11 May , 2018 11:33
Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsin məhkəməsi başlayıb
Report
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə C.İbrahimov etiraz edərək, üzünü arxaya çevirib. C.İbrahimov bildirib ki, istintaqda ona qarşı haqsızlıqlar olunub, işi düzgün araşdırılmayıb.

C.İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.

Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

N.Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, N.Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin N.Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

C.İbrahimov ilkin ifadəsində bildirib ki, qayınanası ona əxlaqsız hərəklər etmək təklifi edib. Buna görə də o, N.Namazovanı döyüb, lakin qadını öldürmək niyyəti olmadığını deyib.

C.İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-ci xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi