Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report"a Ə.Salahzadənin vəkili Cavanşir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməyə görə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.