Bakı. 22 iyun. REPORT.AZ/ Bakının Xəzər rayonunda tikinti zamanı bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, Qala qəsəbəsində tikinti işi aparılan zaman 56 yaşlı Babayev Taleh Cəlilağa oğlu ikinci mərtəbənin pilləkənlərindən aşağı yıxılıb.
Ağır xəsarət alan fəhlə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.