Qala qəsəbəsində iki nəfəri avtomobil vuraraq ağır yaralayıb

Qala qəsəbəsində iki nəfəri avtomobil vuraraq ağır yaralayıb Hər iki şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
1 İyul , 2017 07:23
Qala qəsəbəsində iki nəfəri avtomobil vuraraq ağır yaralayıb
Foto: Report.az

Bakı. 1 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

"Report" xəbər verir ki, hər iki hadisə bu gecə ayrı-ayrı saatlarda Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Flatov Yurini minik avtomobili vurub. O, çoxsaylı sınıq xəsarətləri alıb. Bundan əlavə, hələlik şəxsiyyəti bilinməyən və təqribən 60 yaşında olan kişini də minik avtomobili vurub. Hər iki şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıların hər ikisinin də vəziyəti son dərəcə ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi