Yuxarı

​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin cinayət işi məhkəməyə göndərilib

İşə yaxın günlərdə baxılacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlu barəsində olan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Bu barədə “Report”a E.Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işi üzrə aparılmış istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi