​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri özünü təqsirli saymayıb

​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri özünü təqsirli saymayıb Məhkəmənin növbəti iclası iyulun 26-na təyin edilib
Hadisə
19 İyul , 2016 18:29
​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri özünü təqsirli saymayıb

Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğlunun vəkili Əfqan Məmmədov vəsatətlə çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və müvəkkilinin dəmir barmaqlar arasında deyil, onun yanında əyləşməsini istəyib.

Vəsatətlər təmin edilməyib.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

E.Mustafaoğlu ifafəsində özünü təqsirli bilmədiyini deyib: "İttiham aktında konkret faktlar və sübutlar yoxdur. Əgər konkret sübut olarsa özümü günahkar bilərəm".

Məhkəmənin növbəti iclası iyulun 26-na təyin edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi