​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri məhkəmədə ifadə verib

​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri məhkəmədə ifadə verib Məhkəmənin növbəti iclası avqustun 2-nə təyin edilib
Hadisə
26 İyul , 2016 17:59
​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri məhkəmədə ifadə verib

Bakı. 26 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğlu ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib.

E.Mustafaoğlunun vəkili Əfqan Məmmədov bildirib ki, cinayət işində heç bir sübutlar yoxdur: "Konkret heç bir fakt yoxdur".

Məhkəmənin növbəti iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi