Qadınların çantlarından pul və qızıl oğurlayan şəxslər saxlanılıblar

Qadınların çantlarından pul və qızıl oğurlayan şəxslər saxlanılıblar Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıda qadınların çantalarından pul oğurlayan şəxslər saxlanılıblar.
Hadisə
15 Sentyabr , 2018 11:44
Qadınların çantlarından pul və qızıl oğurlayan şəxslər saxlanılıblar

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıda qadınların çantalarından pul oğurlayan şəxslər saxlanılıblar.

“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. 

Belə ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan iki qadının çantalarından ümumilikdə 56 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Məmmədov saxlanılıb.

Digər fakt isə Bakının Nəsimi rayonunda qeydə alınıb.

Oğurluq etdiyinə görə tutulmuş Səbuhi Mirzəyevin ətrafında Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iki qadının çantasından ümumilikdə 524 manat pul, qızıl üzük və sənəd, habelə rayon ərazisindəki bir sexdən 20 manat pul, noutbuk, mis naqil oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi