Qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirilən müğənninin məhkəməsi başlayıb

Qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirilən müğənninin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası sentyabrın 26-na təyin edilib
Hadisə
19 Sentyabr , 2018 17:24
Qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirilən müğənninin məhkəməsi başlayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirilən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, T.Muradova istintaq zamanı həbs edilməyib. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. T.Muradova isə istintaqdan yayındığı üçün axtarışa verilib. Daha sonra isə həbs edilib.

Hakim ondan istintaqdan qaçmasının səbəbini soruşub. T.Muradova isə bunu yaxından tanımadığı bir Yaqut adlı qadının məsləhəti ilə etdiyini deyib: "O bildirdi ki, məhkəməyə getmə, yaxın günlərdə "Stop"un qüvvədən düşəcək, sonra xaricə gedərsən".

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, 1981-ci il təvəllüdlü T.Muradova 4 qadını fahişəliyə cəlb etməkdə ittiham edilir. O isə həmin qadınlardan yalnız birini tanıdığını deyib. Bildirib ki, həmin qızla da administrator işlədiyi obyektdə tanış olub. Digərini, sadəcə, üzdən tanıdığını deyən müğənni qalan 2 qadını, ümumiyyətlə, görmədiyini qeyd edib.

Məhkəmənin baxış iclası sentyabrın 26-na təyin edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Qeyd edək ki, T.Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan T.Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb.

Son xəbərlər

Orphus sistemi