Qadınları aldadaraq Türkiyəyə aparan Biləsuvar sakini tutulub

Qadınları aldadaraq Türkiyəyə aparan Biləsuvar sakini tutulub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
26 Sentyabr , 2017 11:35
Qadınları aldadaraq Türkiyəyə aparan Biləsuvar sakini tutulub

Biləsuvar. 26 sentyabr. REPORT.AZ/ Biləsuvarda qadınlara aldadaraq Türkiyəyə aparan qadın tutulub.

"Report"un aran bürosu xəbər verir ki, Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş İradə Poladova qadınları aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi