Bakıda qadını döyərək qızıl sırğasını alan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda qadını döyərək qızıl sırğasını alan şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirli bilinən Azər Adıgözəlovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
2 Fevral , 2019 14:57
Bakıda qadını döyərək qızıl sırğasını alan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirli bilinən Azər Adıgözəlovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Adıgözəlovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, ötən il avqustun 30-da Nizami rayonunda Mənzurə Kərimovaya qarşı quldurluq edilib. A.Adıgözəlov qadına hücum edib, əlində olan küt alətlə başına zərbələr endirib və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi