Hədə-qorxu yolu ilə qadının pulunu alan şəxslər məhkəmə zalında həbs edilib

Hədə-qorxu yolu ilə qadının pulunu alan şəxslər məhkəmə zalında həbs edilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nəsib Məmmədov, Rəhim Rzayev və Vaqif Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hadisə
4 aprel 2019 13:15
Hədə-qorxu yolu ilə qadının pulunu alan şəxslər məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nəsib Məmmədov, Rəhim RzayevVaqif Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qəra əsasən, R.Rzayev və V.Məmmədovun barələrində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini N.Məmmədov saxlanılaraq Nərimanov rayon Polis idarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib.

Suraxanı rayon Polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini R.Rzayev və V.Məmmədov da saxlanılıb, lakin onların barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi