Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və G.Seyfullayeva məhkəmə zalında azadlığa buraxılıb.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü G.Seyfullayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, onun əməllərindən idarəyə bir qadın tərəfindən müraciət edilib.
İttihama görə, G.Seyfullayeva Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.