Qadını şantaj edib pul almaqda təqsirləndirilən şəxsə hökm oxunub

Qadını şantaj edib pul almaqda təqsirləndirilən şəxsə hökm oxunub Sübha Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
15 Avqust , 2017 12:39
Qadını şantaj edib pul almaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqdirləndirilən Sübha Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Cədərov qadını şantaj edərək, ondan 6 min manat pul alıb.

O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi