Qadını döyərək qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Qadını döyərək qətlə yetirən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 30-na təyin edilib
Hadisə
18 Avqust , 2016 12:23
Qadını döyərək qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elman Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, Sumqayıt şəhərində şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən Gülnaz Dadaşovanın münaqişə zəminində həmyerlisi Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əhmədov tutulub. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi