Yuxarı

Bakıda qadını avtomobillə vurub öldürən yeniyetmənin məhkəməsi başlayıb

Qadını avtomobillə vurub öldürən yeniyetmənin məhkəməsi başlayıb
© Report

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai rayon Polis idarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi