Qadına qarşı soyğunçuluq edən şəxs məhkəməyə müraciət edib

Qadına qarşı soyğunçuluq edən şəxs məhkəməyə müraciət edib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 18-nə təyin edilib
Hadisə
15 Oktyabr , 2016 09:56
Qadına qarşı soyğunçuluq edən şəxs məhkəməyə müraciət edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakıda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Azad Camalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 18-nə təyin edilib.

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə bu il martın 25-də baş verib. Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatı və sənədləri soyğunçuluq yolu ilə alınıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Azad Camalov tutulub. O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi