Yuxarı

Qadına qarşı quldurluq edən keçmiş məhkumun məhkəməsi başlayıb

Qadına qarşı quldurluq edən keçmiş məhkumun məhkəməsi başlayıb

34

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Nazim Mehdizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il martın 14-də Yasamal rayonunda baş verib. 

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Əliyeva Yeni Yasamal ərazisində naməlum şəxsin ona zor tətbiq edərək içərisində müəyyən məbləğ olan pulqabısını aldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş N.Mehdizadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi