Bakı. 8 may. REPORT.AZ/ Bakıda 50 min dollarlıq dələduzluq qeydə alınıb.
“Report”un xəbərinə görə, Ağdaş rayon sakini 1960-cı il təvəllüdlü Ə.Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bu ilin fevral ayında Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü E.Cəfərov və 1959-cu il təvəllüdlü A.Cəfərova ondan işə düzəltmək adı ilə 50 000 ABŞ dollar pul alıb.
Faktla bağlı araşdırma aparılır.