Bakı. 6 may. REPORT.AZ/ Şabran rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Bakı-Quba magistral yolunun 120-ci kilometrliyində qeydə alınıb.
Abşeron rayon sakini 42 yaşlı Lena Əsgər qızı Mustafayeva 90 US 546 dövlət nişanlı "Tata İndica" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə, xanım sürücü və onun sərnişini Zəngilan rayon sakini, 36 yaşlı Faimə Ağayeva ağır bədən xəsarətləri alaraq Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Şabran rayon Polis Şöbəsindən (RPŞ) "Report"a bildirilib ki, ilkin versiya kimi hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub: "Qəzanın dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq".
Faktla bağlı araşdırmalara başlanılıb.