Qadın sürücü 20 Yanvar dairəsində maşını aşırdaraq ağır yaralanıb - VİDEO

Qadın sürücü 20 Yanvar dairəsində maşını aşırdaraq ağır yaralanıb - VİDEO Hadisə yüksək sürət səbəbindən baş verib
Hadisə
13 May , 2018 10:08
Qadın sürücü 20 Yanvar dairəsində maşını aşırdaraq ağır yaralanıb - VİDEO

Bakı. 13 may. REPORT.AZ/ Ötən gecə Bakının Yasamal rayonu ərazisində, "Azərsu" ASC-nin binası qarşısında minik maşını aşıb.

"Report"un yerli bürosunun məlumatına görə, "99-KJ-767" dövlət qeydiyyat nişanlı avtomobil 20 Yanvar dairəsi yaxınlığında yüksək sürətlə manevr edərkən aşıb.

Nəticədə qadın sürücü ağır yaralanaraq şok keçirib. Onu avtomobildən yaxınlıqda olan insanlar çıxararaq xəstəxanaya aparıblar.

Hazırda həmin qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi