Yuxarı
    Bağlamaq

    Bakıda qadın liftdə soyulub

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır

    Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda liftdə soyğunçuluq hadisəsi baş verib.

    "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov küçəsində yerləşən yaşayış binasının liftində qeydə alınıb.

    Belə ki, naməlum şəxs 2-ci mikrorayon ev 28, mənzil 79-da yaşayan Mehrəliyeva Gülşənin əl çantasını əlindən alaraq qaçıb. Çantanın içərisində G.Mehrəliyevaya məxsus bank kartları, açarlar və pul kisəsi olub.

    Hadisədən sonra G.Mehrəliyeva Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinə (PB) müraciət edib.

    Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi