Qadağan olunan dərman satan şəxs saxlanılıb - FOTO

Qadağan olunan dərman satan şəxs saxlanılıb - FOTO Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
15 Aprel , 2016 16:54
Qadağan olunan dərman satan şəxs saxlanılıb - FOTO

Bakı. 15 aprel. REPORT.AZ/ Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdiyi tədbir nəticəsində Ağdam rayon sakini İlham Otarud saxlanılıb və onun üzərinə baxış zamanı külli miqdarda “Rivatril” psixotrop dərman preparatı aşkar edilərək götürülüb.

"Report"un məlumata görə, saxlanılan şəxsin ətafında aparılan tədbirlər zamanı onun qadağan olunmuş həbləri Rəşid adlı şəxsdən aldığı məlum olub. Əməliyyat tədbirinin davamı olaraq İ.Otaruda psixotrop tərkibli dərman preparatlarını satan Bakı şəhər sakini Rəşid Ağayev də saxlanılaraq istintaqa təqdim olunub.

R.Ağayevin üzərindən əlavə olaraq külli miqdarda satışı qadağan olunmuş psixotrop tərkibli “Rivatril”, “Klonezapam" və "Relanium" dərmanları da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi