Qaçırdığı qadını öldürməyə cəhd edən şəxs apellyasiya şikayəti verib

Qaçırdığı qadını öldürməyə cəhd edən şəxs apellyasiya şikayəti verib Adam öldürməyə cəhddə təqsirli bilinən Şirzad Əsədov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Hadisə
20 Avqust , 2019 11:18
Qaçırdığı qadını öldürməyə cəhd edən şəxs apellyasiya şikayəti verib

Adam öldürməyə cəhddə təqsirli bilinən Şirzad Əsədov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Əhmədovun icraatındadır.

Qeyd edək ki, Ş.Əsədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 16 il müddətinə azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) və 126.2.3 (qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvəllər məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Son xəbərlər

Orphus sistemi