Qaçaqmalçılıq yolu ilə ​Azərbaycandan Rusiyaya narkotik vasitə aparmaq istəyən şəxsə hökm oxunub

Qaçaqmalçılıq yolu ilə ​Azərbaycandan Rusiyaya narkotik vasitə aparmaq istəyən şəxsə hökm oxunub Turac Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
16 Oktyabr , 2015 10:24
Qaçaqmalçılıq yolu ilə ​Azərbaycandan Rusiyaya narkotik vasitə aparmaq istəyən şəxsə hökm oxunub

Bakı. 16 oktyabr. REPORT.AZ/ Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Hüseynov Turac Rəhman oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycandan Rusiyaya gedən Hüseynov Turac Rəhman oğlunun əl yükünə keçirilən gömrük baxışı zamanı ona məxsus çemodanın alt hissəsindəki astarın içəri hissəsində gizlətdiyi 6 ədəd bağlamada külli miqdarda, ümumi çəkisi 5 kq 880 qram həşiş qətranı narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

T.Hüseynov şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi