Bakı. 8 oktyabr. REPORT.AZ/ Rusiyanın "Pulkovo" hava limanında Azərbaycan və Özbəkistandan gətirilən qanunsuz meyvə və tərəvəz müsadirə edilib.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin mətbuat xidmətinə istinadən "Rosbalt" məlumat yayıb.
Məlumata görə, sərnişinlərin baqaj və əl yüklərinə baxış zamanı idxalı qadağan olunan bitki mənşəli məhsullar aşkar edilib.
Nəticədə 73 kq-dan çox meyvə, qoz, yarma və tərəvəz müsadirə olunub.