Proqnozlar Bürosu: Dekabrın 6-da axşam saatlarından hava şəraiti qeyri-sabit keçəcək

Proqnozlar Bürosu: Dekabrın 6-da axşam saatlarından hava şəraiti qeyri-sabit keçəcək Qərb küləyinin güclənəcəyi gözlənilir
Hadisə
4 Dekabr , 2017 11:56
Proqnozlar Bürosu: Dekabrın 6-da axşam saatlarından hava şəraiti qeyri-sabit keçəcək

Bakı. 4 dekabr. REPORT.AZ/ “Dekabrın 6-da axşam saatlarından Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, dekabrın 5-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Dekabrın 6-da axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir”.

Direktor qeyd edib ki, dekabrın 6-da qərb küləyinin güclənəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi