Prokurorun bəraət alan sürücü ilə bağlı protesti təmin edilməyib

Prokurorun bəraət alan sürücü ilə bağlı protesti təmin edilməyib Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
13 Dekabr , 2018 17:22
Prokurorun bəraət alan sürücü ilə bağlı protesti təmin edilməyib
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Həsənovun barəsindəki hökmdən prokurorluq tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə yaydığı məlumata əsasən, bu il fevralın 4-də saat 08 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən qadın cinsindən olan naməlum piyadanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Məhkəmə istintaqı dövründə E.Həsənovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sabunçu Rayon Məhkəməsi ona bərəat hökmü çıxarıb. Hömdən narazı qalan prokurorluq apellyasiya prostesti verib.

Son xəbərlər

Orphus sistemi