Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığ hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
13 Oktyabr , 2016 08:02
Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nurlan Dünyamalıyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığ hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2014-cü il aprelin 2-də Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən “Davud market”in qarşısında 1997-ci il təvəllüdlü Mobil Abdullayev bıçaqlanıb. 11-ci sinif şagirdi olan M.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, həbs olunub. İstintaq araşdırması zamanı cinayətin digər iştirakçıları - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü N.Dünyamalıyev və 1996-cı il təvəllüdlü S.Məmmədov da müəyyən edillərək saxlanılıb.

E.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və digər şəxslər isə 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Dünyamalıyev 8 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi