Yuxarı

​Azərbaycanda prokurorun ağır cəza istədiyi şəxsə bəraət verilib

Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanda dələduzluqda ittiham olunan şəxsə bəraət verilib. Bu barədə “Report”a həmin şəxsin vəkili Qanqa İbrahimov bildirib.

Belə ki, Ə.Ə (qadın) barəsində 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə cinayət işi başlanılıb. Tərtər rayon Məhkəməsi tərəfindən qadın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Dövlət ittihamçısı ona 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Məhkəmənin hakimi Həsən Qəniyev Ə.Ə.-yə hər iki maddə üzrə tam bəraət verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi