Yuxarı

Prokurorluq Xaçmazda tapılan kütləvi məzarlıqda araşdırmalara başlayıb

Prokurorluq Xaçmazda tapılan kütləvi məzarlıqda araşdırmalara başlayıb
İnsan sümüklərindən DNT analizinə göndərilməsi üçün nümunələr götürülüb

Xaçmaz. 8 may. REPORT.AZ/ Xaçmaz rayonunda tapılan kütləvi məzarlıqla bağlı araşdırmalara başlanılıb. 

Bu barədə "Report"un Şimal bürosuna Xaçmaz Rayon Prokurorluğundan bildirilib.

Rayonunun Müqtədir qəsəbəsi ərazisndə tapılan kütləvi məzarlığa Xaçmaz Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz Rayon Şöbəsinin, Xaçmaz Rayon Polis Şöbəsinin rəsmiləri tərəfindən baxış keçirilib. Ərazidə tapılan insan sümüklərindən DNT analizinə göndərilməsi və müxtəlif ekspertizalar təyin edilməsi üçün nümunələr götürülüb. 

Prokurorluqdan bildirilib ki,  götürülən nümunələrdən təyin ediləcək ekspertizalar zamanı sümüklərin hansı dövrə aid olması və insanların hansı səbəbdən ölmələri müəyyən ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi