Həbs edilən qazi azadlığa buraxıldı

Həbs edilən qazi azadlığa buraxıldı Bir müddət öncə həbs olunan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun işi ilə bağlı bu gün Bakı Hərbi Məhkəməsində proses keçirilib
Hadisə
1010
24 Fevral , 2021 12:40
Həbs edilən qazi azadlığa buraxıldı
Ziya Kazımov

Bir müddət öncə həbs olunan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun işi ilə bağlı bu gün Bakı Hərbi Məhkəməsində proses keçirilib.

"Report" xəbər verir ki, prosesdə Z.Kazımovla bağlı seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Xatırladaq ki, Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.

Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.

Son xəbərlər

Orphus sistemi