Prokurorluq Ucardakı ölüm hadisəsi ilə bağlı məlumat yaydı

Prokurorluq Ucardakı ölüm hadisəsi ilə bağlı məlumat yaydı İyulun 10-usaat 3 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığıxəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxansında ö
Hadisə
11 İyul , 2020 16:55
Prokurorluq Ucardakı ölüm hadisəsi ilə bağlı məlumat yaydı

İyulun 10-u saat 3 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxansında ölməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a Ucar Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi