Prokurorluq şifarişlə qətl törətməkdə təqsirləndirilən şəxs barəsində kassasiya protesti verib

Prokurorluq şifarişlə qətl törətməkdə təqsirləndirilən şəxs barəsində kassasiya protesti verib Kassasiya protestinə fevralın 23-də Ali Məhkəmədə baxılacaq
Hadisə
109
22 Fevral , 2016 17:32
Prokurorluq şifarişlə qətl törətməkdə təqsirləndirilən şəxs barəsində kassasiya protesti verib

Bakı. 22 fevral. REPORT.AZ/ Sifarişlə qətl törətməkdə təqsirləndirilən və məhkəmə zalından azadlığa buraxılan Mehdiyev Nadir Mikayıl oğlu barəsində baş prokurorun müavini kassasiya protesti verib.

"Report"un məlumatına görə, kassasiya protestinə fevralın 23-də Ali Məhkəmədə baxılacaq.

Kassasiya protestinə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 12 il - 2001-ci ildən beynəlxalq axtarışda olan N.Mehdiyev Qazaxıstanda həbs edilib. İnterpolun saytında yerləşdirilən məlumata görə, o, sifarişlə Ceyhun Şirinov adlı şəxsi qətlə yetirməkdə təqsirli bilinib. Azərbaycan Daxili İşlər Nazirliyi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N.Mehdiyev Qazaxıstanın Astana şəhərində saxlanılıb. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.

2014-cü il may ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunma vaxtı keçdiyindən, barəsində cəza təyin edilməyib və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb. Bu dəfə baş prokurorun müavini kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi