Prokurorluq orqanlarının veteranı vəfat edib

Prokurorluq orqanlarının veteranı vəfat edib Uzun illər ölkənin prokurorluq orqanlarında mühüm vəzifələrdə işləmiş baş ədliyyə müşaviri Şahmalı Məmmədov vəfat edib.
Hadisə
31 May , 2022 13:57
Prokurorluq orqanlarının veteranı vəfat edib

Uzun illər ölkənin prokurorluq orqanlarında mühüm vəzifələrdə işləmiş baş ədliyyə müşaviri Şahmalı Məmmədov vəfat edib.

"Report" xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Mərhum iyunun 1-də Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunacaq.

Qeyd edək ki, Şahmalı Ağqıraq oğlu Məmmədov 10 fevral 1941-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən (1968) prokurorluq orqanlarına göndərilib. Ağdam və ezamiyyə qaydasında Bərdə rayonunda işləyərkən bir sıra qatı cinayətlərin üstünü açıb, 1969-cu ildən Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorluğuna baş müstəntiq göndərilib. Daha sonra beş il (1973-1977) Kəlbəcərdə prokuror işləyib.

Yenidən DQMV-ə qaytarılan Ş.Məmmədovun vilayət prokurorunun böyük köməkçisi (azərbaycanlıların işləri üzrə müavin vəzifəsinə bərabər) təyin olunub.

Sonrakı illərdə təqaüdə çıxanadək Baş Prokurorluq kadrlar idarəsinin rəisi olub.

Son xəbərlər

Orphus sistemi