​Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçiriləcək

​Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçiriləcək İmtahan 4 saat müddətində davam edəcək
Hadisə
21 İyul , 2015 18:47
​Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçiriləcək

Bakı. 21 iyul. REPORT.AZ/ Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi iyulun 28-də keçiriləcək. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

İmtahan saat 10:00-dan başlayaraq 4 saat ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında vahid auditoriyada (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 10 A) baş tutacaq.

Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı 23-24 iyulda saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Son xəbərlər

Orphus sistemi