​Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

​Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib İmtahan mərhələsində iştirak edən 38 namizəddən 7-si qadın olub
Hadisə
28 İyul , 2015 16:21
​Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

Müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 38 namizəddən 7-si qadın olmaqla, 28-i Bakı Dövlət Universitetinin, 2-si Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 2-si Naxçıvan Dövlət Universitetinin, 3-ü Milli Aviasiya Akademiyasının, 3-ü isə digər ali təhsil müəssisələrinin məzunlarıdır.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq, eyni zamanda bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az,) yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi