Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ

Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
20 Noyabr , 2021 13:54
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ

Prokurorluq Goranboy rayon sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan "Report"a daxil olan məlumatda deyilir:

"Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır".

Son xəbərlər

Orphus sistemi