Prokurorluq generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest verib

Prokurorluq generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest verib Bakı. 25 fevral. REPORT.AZ/ Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın barəsində olan bəraət hökmündən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
25 Fevral , 2019 10:58
Prokurorluq generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest verib
Report

Bakı. 25 fevral. REPORT.AZ/ Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın barəsində olan bəraət hökmündən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub. 

Təqsirləndirilən S.Məmmədova onun evində qulluqçu kimi fəaliyyət göstərib.Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədova barəsində CM-nin 177.3.2-ci maddəsi üzrə bəraət verilib. Hökmə əsasən, 326.1-ci və 326.2-ci (rəsmi sənədləri zədələmə və gizlətmə) maddələrin isə müddəti keçdiyi üçün S.Məmmədovaya cəza təyin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorluğun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin general-mayoru Qambay Əliyevin anasıdır.

Son xəbərlər

Orphus sistemi