Prokurorluq Daşkəsən sakininin minaya düşməsi ilə bağlı açıqlama yayıb

Prokurorluq Daşkəsən sakininin minaya düşməsi ilə bağlı açıqlama yayıb Bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılmışdır.
Hadisə
393
30 Avqust , 2021 15:29
Prokurorluq Daşkəsən sakininin minaya düşməsi ilə bağlı açıqlama yayıb

Bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi