Prokurorluq Bakıda kafedə müştərini qətlə yetirməkdə təqsirləndirilən şəxsin hökmündən protest verib

Prokurorluq Bakıda kafedə müştərini qətlə yetirməkdə təqsirləndirilən şəxsin hökmündən protest verib Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib
Hadisə
18 Dekabr , 2018 14:14
Prokurorluq Bakıda kafedə müştərini qətlə yetirməkdə təqsirləndirilən şəxsin hökmündən protest verib
0 : 00
0 : 00

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mirzağa Məmmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib. Həmin kafedə ofisiant işləyən M.Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

M.Məmmədov şübhəli şəxs qismində saxlanılıb və daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi