Prokurorluq Bakıda İran vətəndaşına qarşı cinayət törədən azərbaycanlı futbolçu ilə bağlı protest verib

Prokurorluq Bakıda İran vətəndaşına qarşı cinayət törədən azərbaycanlı futbolçu ilə bağlı protest verib Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barəsində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti verib.
Hadisə
3067
29 Oktyabr , 2018 09:43
Prokurorluq Bakıda İran vətəndaşına qarşı cinayət törədən azərbaycanlı futbolçu ilə bağlı protest verib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barəsində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalan prokurorluq Ali Məhkəməyə müraciət edib.

Prokurorluq həmin şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyir.

Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 31-nə təyin edilib.

Cinayət işi hakim Hafiz Nəsibovun icraatına verilib.

Qeyd edək ki, həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. O.Atayev, M.Məmmədov isə 4 il azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, həmin şəxslərin ittiham olunduqları quldurluq (181) maddəsi soyğunçuluq (180) maddəsinə tövsif edilib. M.Məmmədovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 ilə, digərlərinin cəzası isə 3 il 6 aya endirilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub. 

Son xəbərlər

Orphus sistemi