​Prokurorluq: Bakıda ana və oğlunun qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb

​Prokurorluq: Bakıda ana və oğlunun qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb Janna Məhərrəmova və oğlu Aleksandr Məhərrəmov qətlə yetirilib
Hadisə
19 Yanvar , 2016 10:14
​Prokurorluq: Bakıda ana və oğlunun qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonu, Hacı Məmmədov küçəsi ev 4, mənzil 8 ünvanında iki nəfərin qətlə yetirilmısi hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə “Report”a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu, 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmov qətlə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hələlik hadisənin motivləri məlum deyil.

Qeyd edək ki, ana və oğlunun meyitini FHN əməkdaşları tapıb.

Son xəbərlər

Orphus sistemi