Prokurorluq “Azərişığ”ın əməkdaşının ölümü ilə bağlı məlumat yayıb

Prokurorluq “Azərişığ”ın əməkdaşının ölümü ilə bağlı məlumat yayıb Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq” AS
Hadisə
28 Yanvar , 2022 09:12
Prokurorluq “Azərişığ”ın əməkdaşının ölümü ilə bağlı məlumat yayıb

Salyan Rayon Prokurorluğu “Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.

Prokurorluqdan "Report"a daxil olan məlumatda deyilir:

"Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır".

Son xəbərlər

Orphus sistemi