Prokurorluq Ağsudakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Ağsudakı qətllə bağlı məlumat yayıb Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hadisə
14 Dekabr , 2021 09:36
Prokurorluq Ağsudakı qətllə bağlı məlumat yayıb

Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Ağsu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi