Prokurorluğun "Sual-cavab" sessiyasına 107 müraciət daxil olub

Prokurorluğun "Sual-cavab" sessiyasına 107 müraciət daxil olub Fevralın 12-də saat 09:30-dan 12:30-dək Baş Prokurorluğun"İnstagram" sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib
Hadisə
12 Fevral , 2021 14:04
Prokurorluğun Sual-cavab sessiyasına 107 müraciət daxil olub

Fevralın 12-də saat 09:30-dan 12:30-dək Baş Prokurorluğun"İnstagram" sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib.

"Report" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılıb.

İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. Sessiya zamanı 107 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi