Prokuror Xaçmazda sevgilisinin anasını qətlə yetirən şəxsə cəza istəyib

Prokuror Xaçmazda sevgilisinin anasını qətlə yetirən şəxsə cəza istəyib Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib
Hadisə
26 Oktyabr , 2017 14:39
Prokuror Xaçmazda sevgilisinin anasını qətlə yetirən şəxsə cəza istəyib
Report

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında S.Hacıəliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Hacıəliyev 2017-ci il martın 27-də Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.

Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

Hadisə baş verən günü S.Hacıəliyevlə G.Sultanova arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib. 

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin baxış iclasında qətlə yerilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində S.Hacıəliyevin anası ilə münasibətlərinin olduğunu ifadə edib: "Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla  maraqlandım. Mənə dedilər ki, "onların münasibətləri var, guya sən bilmirsən"? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anala münasibətim yoxdur. Amma ona inanmadım".

Son xəbərlər

Orphus sistemi