Prokuror "Vosmoy Elməddin"ə cəza istəyib

Prokuror "Vosmoy Elməddin"ə cəza istəyib Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub
Hadisə
23 may 2017 09:00
Prokuror Vosmoy Elməddinə cəza istəyib

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə və narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında E.Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi mayın 26-na təyin edilib.

Qeyd edək ki, E.Fərzəliyev Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə), 234-cü (narkotik) maddələri ilə ittham olunur.

İttiham aktına əsasən, E.Fərzəliyev Nizami rayonu ərazisində yerləşən "Neftçilər" metro stansiyası yaxınlığındakı kafedə
zərərçəkmiş Qurbanəli Səfərovdan 1000 manat pul tələb edib. Zərərçəkmiş isə ona 400 manat verib.

Daha sonra zərərçəkənin şikayəti əsasında E.Fərzəliyev saxlanılıb.

Xatırladaq ki, E.Fərzəliyev kriminal aləmdə "Vosmoy Elməddin" kimi tanınır.

Son xəbərlər

Orphus sistemi